20 İyun 18:42 “Arsenal” Peter Çexə görə məşqçisini qovdu
FUTBOL xəbərləri 20 İyun 18:42
1012 baxış

“Arsenal” Peter Çexə görə məşqçisini qovdu

Londonun “Arsenal” klubu qapıçılarla işləyən məşqçi Toni Robertsi işdən qovub. Apasport.az saytının “İndependent”ə istinadən məlumatına görə, buna səbəb bu yaxınlarda “Arsenal”a keçəcəyi gözlənilən Peter Çexin istəyi olub.

 

Belə ki, Britaniya mətbuatına inansaq, “topçular” çexiyalı qapıçının istəyi ilə onun şəxsi məşqçisi Kristof Lollikonu işə dəvət edib.

 

Toni Roberts isə bundan sonra “Suonsi”nin uğurları üçün çalışacaq.

Xəbər lenti