31 Avqust 10:29 "Arsenal"ın yetirməsi Bakıya gəlir
FUTBOL xəbərləri 31 Avqust 10:29
1049 baxış

"Arsenal"ın yetirməsi Bakıya gəlir

AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Danimarka, 8-də isə Bakıda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası ilə qarşılaşacaq Almaniyanın U-21-nin heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Horst Hrubeş 24 oyunçuya dəvət göndərib.

 

Siyahıda legioner həyatı yaşayan 2 futbolçunun adı var. Bundan əlavə, "Arsenal"ın yetirməsi olan, hazırda "Vest Bromviç"də icarə əsasında çıxış edən Serj Qnabri də Bakıya gələcək heyətdə yer alacaq. 

 

Qapıçılar: Marvin Şvabe (“Osnabrük”), Odisseas Vlakodimos (“Ştutqart”), Timon Vallenruter (“Malyorka”, İspaniya)

Müdafiəçilər: Kevin Akpoquma (“Fortuna”), Timo Baumqarti (“Ştutqart”), Lukas Klostermann (“Leyptsiq”), Niklas Süle, Ceremi Tolyan (hər ikisi “Hoffenhaym”), Conatan Tah (“Bayer”)

Yarımmüdafiəçilər: Maksimilian Arnold (“Volfsburq”), Yulian Brandt (“Bayer”), Yannik Gerhart (“Köln”), Serj Qnabri (“Vest Bromviç”, İngiltərə), Leon Qoretska, Maks Meyer (hər ikisi “Şalke”), Gideon Yunq (“Hamburq”), Joşua Kimmik (“Bavariya”), Levin Öztunalı (“Verder”), Niklas Stark (“Herta”), Yulian Veyql (“Borussiya”, Dortmund), Marius Volf (“Münhen 1860”)

Hücumçular: Leroy Sane (“Şalke”), Davie Selke (“Leyptsiq”), Timo Verner (“Ştutqart”)

 

 

Xəbər lenti