16 İyul 11:40 Arturo Vidal “Bavariya” ilə anlaşdı
FUTBOL xəbərləri 16 İyul 11:40
889 baxış

Arturo Vidal “Bavariya” ilə anlaşdı

“Yuventus” daha bir aparıcı futbolçusu ilə yollarını ayırır. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “qoca sinyora”nın yarımmüdafiəçisi Arturo Vidal “Bavariya”ya keçməyə hazırlaşır.

 

A seriyasının çempionu əvvəlcə bu transfer üçün 45 milyon avro tələb edirdi. Lakin aparılan danışıqların yekununda klublar 40 milyon avroya ortaq məxrəcə gəliblər. Çili millisinin üzvünün yaxın günlərdə yeni komandası ilə 4 illik müqavilə imzalaması gözlənilir. 28 yaşlı oyunçunun illik məvacibi 6,5 milyon avro təşkil edəcək.

 

Qeyd edək ki, Arturo Vidal “Yuventus”a 2011-ci ildə “Bayer”dən keçib.