26 İyul 20:13 “Asan gəzinti olmayacaq, ancaq...” – Oliver Birhoff
FUTBOL xəbərləri 26 İyul 20:13
1317 baxış

“Asan gəzinti olmayacaq, ancaq...” – Oliver Birhoff

“Yer aldığımız qrupdan məmnun olmalıyıq. A qrupunda Hollandiya və Fransaya və ya G qrupunda İtaliya və İspaniyaya baxanda biz öz şansımzıdan razı qalmaya bilmərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya milli komandasının meneceri Oliver Birhoff deyib.

 

DÇ-2018-in seçmə mərhələsində C qrupunda Azərbaycan, Norveç, Çexiya, Şimali İrlandiya və San Marino ilə bir qrupda yer almış “bundestim”in meneceri püşkü dəyərləndirib.

 

Oyunlar zamanı çox uzaq məsafələrə səyahət etməyəcəklərini deyən keçmiş hücumçu püşkdən razı qaldıqlarını xüsusi vurğulayıb:

 

“Kağız üzərində bizdən sonra favorit Çexiyadı. Asan gəzinti olacağını demək olmaz, ancaq çətin rəqiblər də deyil. Biz birmənalı olaraq favoritik, ancaq rəqiblərimizi də qiymətləndirməmək olmaz. Digər qruplarla müqayisədə biz çox rahat qrupdayıq”.

Xəbər lenti