27 Avqust 00:47 "Astana" və BATE Çempionlar Liqasının qrup mərhələsində! - YENİLƏNİB
FUTBOL xəbərləri 27 Avqust 00:47
8218 baxış

"Astana" və BATE Çempionlar Liqasının qrup mərhələsində! - YENİLƏNİB

Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutan son 5 qarşılaşma ilə qrupda çıxış edəcək klubların tam siyahısı dəqiqləşib.

 

Gecənin sürprizi Kiprdə qeydə alınıb. "Astana" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Qazaxlar evdə əldə etdikləri minimal hesablı qələbədən sonra səfərdə də rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşıb və ilkə imza atıb.

 

Qrup mərhələsinə yüksələn digər komandalar isə "Bayer", "Mançester Yunayted", MOİK və BATE olub.

 

Çempionlar Liqası

Pley-of mərhələsi, cavab oyunları

 

APOEL (Kipr) - “Astana” (Qazaxıstan) - 1:1

Qollar: Stiliç, 60 - Maksimoviç, 84

İlk oyun - 0:1

 

“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə) - 0:4

Qol: Runi, 20, 49, 57, Herrera, 63

İlk oyun - 1:3

 

“Bayer” (Almaniya) - “Latsio” (İtaliya) - 3:0

Qol: Hakan Çalhanoğlu, 40, Mehmedi, 48, Bellarbi, 88

İlk oyun - 0:1

 

MOİK (Rusiya) - “Sportinq” (Portuqaliya) - 3:1

Qol: Dumbiya, 49, 72, Musa, 85 - Qutyerrez, 36

İlk oyun - 1:2

 

“Partizan” (Serbiya) - BATE (Belarus) - 2:1

Qol: Petroviç, 75, Saponyi, 90+3 - Staseviç, 25

İlk oyun - 0:1