15 Avqust 08:46 "Atletik” “Barselona”ya “4” verdi
FUTBOL xəbərləri 15 Avqust 08:46
3292 baxış

"Atletik” “Barselona”ya “4” verdi

İspaniya Superkubokunun ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu həftə UEFA Superkubokunu qazanan “Barselona” Bilbaoda “Atletik”in qonağı olub.

 

Avropa Liqasında Azərbaycan təmsilçisi “İnter”i mübarizədən kənarlaşdıran (2:0, 0:0) bilbaolular adlı-sanlı rəqibinə də şans verməyib – 4:0. Kataloniya təmsilçisinin qapısına ilk qolu 13-cü dəqiqədə Mikel San Xose vurub.

 

Ardınca Arits Aduris het-trikə imza atıb. Hücumçu 16 dəqiqəyə 3 qol vurmağı bacarıb.

 

Beləliklə, “Barselona” ardıcıl 2-ci matçda qapısından 4 qol buraxıb. Belə ki, UEFA Superkubokunda “Sevilya” ilə qarşılaşan kataloniyalılar qalib gəlsə (5:4) də, qapısında 4 top görmüşdü.

 

Qeyd edək ki, Superkubokun Barselonadakı cavab oyunu avqustun 17-də keçiriləcək.

 

İspaniya Superkuboku

İlk oyun

14 avqust

“Atletik” – “Barselona” – 4:0

Mikel San Xose, 13, Arits Aduris, 53, 62, 68-pen.

 

 

Xəbər lenti