17 Avqust 09:27 “Atletiko”dan Azərbaycan yığmasına
FUTBOL xəbərləri 17 Avqust 09:27
924 baxış

“Atletiko”dan Azərbaycan yığmasına

19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamız Latviyada keçiriləcək beynəlxalq turnirə 18 futbolçu ilə yollanacaq.

 

Avqustun 21-23-də keçiriləcək yarışda yığmamızın heyətində 10 legioner də çıxış edəcək. Bunlardan 7-si İspaniya, 2-si Almaniya, 1-i Rusiya klubundan çağırılıb. Digər 8 oyunçu yerli klubları təmsil edir: Günay İsmayılova, Aysun Əliyeva, Aytac Şərifova, Roza Quliyeva, Süsən Mənsimova (hamısı “Təhsil”), Lusiya Sançez, Yaiza Relea (hər ikisi “Rayo Vallekano”, İspaniya), Alina Mixaelis (“Ayntraxt”, Frankfurt, Almaniya), Diana Məmmədova (UGİM, Krasnoyarsk, Rusiya), Güləmbər Qasımova (UGIM, Qax), Süheyla İltər (“Qrun Vays Neukköln, Almaniya), Vesela Borukova (“Lleida”, İspaniya), Natalya Rodelqo (“Atletiko”, Madrid, İspaniya), Kristina Bakarandze, Manə Mollayeva (hər ikisi Zaqatala), Malena Ortiz, Samara Ortiz, Nigar Cəlilli (hamısı “Kanilyas”, İspaniya).