10 İyul 21:48 “Atletiko”dan yeni transfer - FOTO
FUTBOL xəbərləri 10 İyul 21:48
1113 baxış

“Atletiko”dan yeni transfer - FOTO

Madridin “Atletiko” klubu heyətini yeni hücumçuyla gücləndirib. Apasport.az saytının məlumatına görə, “hindular” “Vilyarreal”ın futbolçusu Lusiano Viettonu heyətinə qatıb.

 

Futbolçu ilə klub arasındakı müqaviləyə əsasən, argentinalı forvard qarşıdakı 6 il ərzində Madrid klubunun şərəfini qoruyacaq.

 

“Qırmızı-ağlar” Viettonun transferi üçün “Vilyarreal”a 20 milyon avro ödəyib.

 

Bildirək ki, Lusiano "Vilyarreal"ın heyətində La Liqanın son mövsümündə meydana çıxdığı 32 oyunda 12 qol vurub.

Xəbər lenti