12 Oktyabr 09:01 AVRO-2016: 16 yığma final mərhələsində, 3-ü pley-offda
FUTBOL xəbərləri 12 Oktyabr 09:01
939 baxış

AVRO-2016: 16 yığma final mərhələsində, 3-ü pley-offda

AVRO-2016-nın seçmə mərhələsinin X turunun ilk günündən sonra Fransada keçiriləcək həlledici qarşılaşmalara vəsiqə qazanan yığmaların sayı 16-ya çatıb. Apasport.az saytının məlumatına görə, meydan sahibi kimi final mərhələsinə qatılacaq “üçrənglilər”ə qoşulmaq hüququnu 15 komanda əldə edib.

 

Son gündə Almaniya, Polşa, Albaniya və Rumıniya da final mərhələsinə yüksəlib.

 

Seçmə mərhələdə uğur qazanan 15 komandadan 6-sı – İngiltərə, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya və Almaniya qrup qalibi adını qazanıb. 4 yığma - İsveçrə, Rumıniya, Albaniya və Polşa isə 2-ci yeri tutub. Digər 5 komandanın ilk iki yerdən hansını tutacağı dəqiqləşməyib.

 

Fransa (meydan sahibi)

İngiltərə

Çexiya

İslandiya

Avstriya

Şimali İrlandiya

Portuqaliya

İspaniya

İsveçrə

İtaliya

Belçika

Uels

Rumıniya

Albaniya

Almaniya

Polşa

 

Bundan başqa, üç komanda 3-cü yeri təmin edib. Həmin yığmalar İrlandiya, Macarıstan və Danimarkadı. Onlar ən azı pley-offa vəsiqəni təmin edib. Lakin üçüncülər arasında ən yaxşı nəticəyə malik olan Macarıstan birbaşa vəsiqə də əldə edə bilər.

Xəbər lenti