15 Oktyabr 13:12 AVRO-2016: Bizim kapitanı da seçdilər
FUTBOL xəbərləri 15 Oktyabr 13:12
7459 baxış

AVRO-2016: Bizim kapitanı da seçdilər

AVRO-2016-nın seçmə mərhələsinin qəhrəmanlarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın rəsmi saytı 13 ay davam edən marafon ərzində fərqlənən futbolçu və komandalarının siyahılarını tərtib edib.

 

Müxtəlif göstəricilər üzrə fərqlənənlər siyahısında Azərbaycan millisinin üzvü də yer alıb. Bu, yığmamızın kapitanı Rəşad Sadıqovdu.

 

33 yaşlı müdafiəçi tsikli əvəzolunmadan keçirən oyunçular sırasında yer alıb.

 

Belə ki, UEFA-nın rəsmi saytı bütün matçlarda 90 dəqiqə meydanda olanların cədvəlini müəyyən edib. Cədvəldə yer alanların hamısı 10 oyunu əvəzolunmadan keçirib, ümumilikdə 900 dəqiqə meydanda mübarizə aparanlardır. 8 matç keçirənlər arasında isə əvəzolunmaz qeydə alınmayıb. Siyahıya 21 sahə oyunçusu daxil edilib.

 

Qapıçıların nəzərə alınmadığı cədvəldə Sadıqov da yer alıb. Siyahıda tanınmış futbolçulardan almaniyalı Cerom Boatenq, uelsli Eşli Uilyams, irlandiyalı Con Oşi, belçikalı Yan Vertongen də yer alıb.

 

“21-lik”də Azərbaycanla yanaşı, Lüksemburq, Avstriya, Rumıniya, Uels və Cəbəllütariq hərəyə 2, Polşa, Estoniya, İrlandiya, Almaniya, Ukrayna, Sloveniya, İslandiya, Kipr, Belçika və Malta 1 futbolçu ilə təmsil olunub.

 

Xəbər lenti