14 Oktyabr 10:37 AVRO-2016: Türkiyə yığması üçüncü səbətə necə düşə bilər
FUTBOL xəbərləri 14 Oktyabr 10:37
6657 baxış

AVRO-2016: Türkiyə yığması üçüncü səbətə necə düşə bilər

AVRO-2016-nın final mərhələsinin ilkin səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən güclü 24 komandası püşk öncəsi hərəsində 6 yığma olmaqla 4 səbətə bölünəcək.

 

Bu millilərdən 20-si dəqiqləşdiyindən səbətlərin təxmini tərkibi bəllidi. Belə ki, pley-offda mübarizə aparacaq 8 komandadan daha güclülərinin Fransa-2016-ya vəsiqə qazanması şərtilə 4 səbət tərtib edilib.

 

Səbətlər komandaların millilər üçün UEFA əmsallarına əsasən müəyyənləşib. Meydan sahibi Fransa və son çempion İspaniya əmsaldan asılı olmayaraq, I səbətə daxil edilib.

 

Final mərhələsində iştirakı dəqiqləşənlərə Bosniya və Herseqovina, Ukrayna, İsveç, Macarıstan qoşulsa, səbətlərin tərkibi aşağıdakı kimi olacaq:

 

I səbət

Fransa (meydan sahibi), İspaniya (son çempion), Almaniya (40236), İngiltərə (35963), Portuqaliya (35138), Belçika (34442)

 

II səbət

İtaliya (34345), Rusiya (31345), İsveçrə (31245), Avstriya (30932), Xorvatiya (30367), Bosniya və Herseqovina* (30367)

 

III səbət

Ukrayna* (30313), Çexiya (29403), İsveç* (29028), Polşa (28306), Rumıniya (28 038), Slovakiya (27171).

 

IV səbət

Macarıstan* (27142), Türkiyə (27033), İslandiya (25388), Uels (24521), Albaniya (23216), Şimali İrlandiya (22961)

 

* - pley-offda qalib gəlməsi şərtilə.

 

Pley-offda iştirak edəcək 4 aşağı reytinqli komanda - Danimarka (27140), İrlandiya (26902), Norveç (26439), Sloveniya (25442) isə daha çox IV səbətə düşmək imkanına malikdi.

 

Düzdü, II səbətə namizəd olan Bosniya və Herseqovina, III səbətə düşməsi mümkün olan Ukrayna ilə İsveç və ya sonuncu səbətdə qərarlaşan Macarıstanın büdrəməsi nisbətən aşağı reytinqli komandaların irəliləməsinə səbəb olacaq.

 

Məsələn, IV səbətdə yer alan Türkiyə burada 2-ci komandadı. Onların III səbətə keçməsi üçün Bosniya və Herseqovina, Ukrayna, İsveç, Macarıstan, həmçinin pley-offda səpələnmiş olmayıb, “ay-ulduzluları” qabaqlayan Danimarka “beşliy”indən üçü final mərhələsinə çıxmamalıdı.

 

Qeyd edək ki, final mərhələsinin püşkatması dekabrın 12-də, Fransanın paytaxtı Parisdə keçiriləcək. Səbətlərin yekun tərkibi isə noyabrın 12-14 və 15-17-də keçiriləcək pley-off mərhələsinin qarşılaşmalarından sonra bəlli olacaq.

 

Xəbər lenti