3 İyul 16:50 Avrokuboklarda 8 yubiley
FUTBOL xəbərləri 3 İyul 16:50
541 baxış

Avrokuboklarda 8 yubiley

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan klublarının futbolçuları üçün yubileylərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, təmsilçilərimizin 6 üzvü ümumilikdə 8 yubiley qeyd edib.

 

Bunlardan dördü avrokuboklardakı oyun sayı ilə bağlıdı. “Neftçi”nin üzvləri Xuan Alberto və Araz Abdullayev 20-ci, “Qəbələ”lilər Dmitri Bezotosnı 15-ci, Vitali Vernidub 5-ci matçını keçirib.

 

Digər 4 yubiley isə Avropa Liqasındakı qarşılaşmalarla bağlıdı. Sergey Zenyov, Aleksey Antonov 10-cu, Vitali Vernidub (hər üçü “Qəbələ”), Xuan Alberto (“Neftçi”) 5-ci görüşünü keçirib.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarında “Neftçi” öz meydanında “Mladost”la (Monteneqro), “İnter” isə səfərdə “Laçi” (Albaniya) ilə heç-heçə (müvafiq olaraq 2:2 və 1:1) edib, “Qəbələ” Gürcüstanda “Dinamo”ya (Tiflis) uduzub – 1:2.

 

Xəbər lenti