29 İyul 21:23 Avroliqa matçı öncəsi “İnter”in saytı “çökdü”
FUTBOL xəbərləri 29 İyul 21:23
1682 baxış

Avroliqa matçı öncəsi “İnter”in saytı “çökdü”

UEFA Avropa Liqası III tur ilk qarşılaşmasında “Atletik”in qonağı olacaq “İnter”in baş məşqçisi Zaur Svanadzenin mətbuat konfransının vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, əvvəlcədən klub tərəfindən jurnalistlərlə görüşün Bakı vaxtı ilə saat 15:00-da başlayacağı bildirilmişdi.

 

Ancaq sonradan konfransın vaxtı dəyişdirilib. Bu barədə saytımıza “İnter”in Mətbuat Xidmətinin rəhbəri Səbuhi Məmmədov məlumat verib. Klub rəsmisinin bildirdiyinə görə, vaxtın nə üçün dəyişdirilməsinin səbəbini bilmirlər. Sadəcə ispan rəsmiləri onu bildiriblər ki, Azərbaycan tərəfi Bakı vaxtı ilə saat 23:00-da mətbuat qarşısına çıxa biləcək.

 

“Bankirlər”in mətbuat sözcüsündən klubun rəsmi saytının nə üçün işləməməsinin səbəbini də soruşduq. Səbuhi Məmmədov qeyd elədi ki, klub saytına giriş sayı son vaxtlar çox olduğu üçün müəyyən olunmuş baxış limiti dolub. Buna görə də bir müddət sayta giriş mümkün olmayacaq. Klubla əlaqədar məlumatlar rəsmi “facebook” səhifəsi vasitəsilə azarkeşlərə və mətbuat nümayəndələrinə çatdırılacaq.

Xəbər lenti