11 Oktyabr 20:19 “Avroliqaçılar”ın duelində “Qəbələ” qalib gəldi
FUTBOL xəbərləri 11 Oktyabr 20:19
1262 baxış

“Avroliqaçılar”ın duelində “Qəbələ” qalib gəldi

AVRO-2016-nın seçmə mərhələ oyunları ilə əlaqədar Premyer Liqamızda yaranmış fasilədən istifadə edən klublarımız hazırlıqlarını davam etdirirlər. Apasport.az saytının məlumatına görə, ölkəmizi Avropada təmsil edən, milli birincilikdə də ilk iki yeri bölüşdürən “Qarabağ”la “Qəbələ” də fürsətdən istifadə edərək hazırlıq qarşılaşmasında üz-üzə gəliblər.

 

Qəbələdə baş tutan oyun meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb – 2:1.

 

Qriqorçukun yetirmələrindən Antonov və Pereyra, ağdamlılardan isə Dani fərqlənib.

 

Hazırlıq oyunu

11 oktyabr

 

“Qəbələ” – “Qarabağ” – 2:1

Qollar: Antonov, Pereyra - Dani

Xəbər lenti