6 Sentyabr 18:45 Avropa belə oyun, belə qol görməyib - VİDEO
FUTBOL xəbərləri 6 Sentyabr 18:45
2968 baxış

Avropa belə oyun, belə qol görməyib - VİDEO

Dortmundda möhtəşəm vida oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, stadiona Avropada indiyə qədər görünməmiş sayda azarkeş toplaşıb.

 

"Borussiya"nın keçmiş müdafiəçisi Dedenin şərəfinə təşkil edilmiş vida oyununda "Siqnal İduna Park" stadionunda 81359 azarkeş olub.

 

Dedenin vida oyununa dəvət etdiyi futbolçulardan iki komanda formalaşdırılıb. Qarşılaşmada karyerasını bitirən və davam etdirən bir sıra ünlü futbolçular - Yenss Lemann, Yan Koller, Amarozo, Kevin Kuranyi, Marsel Şmeltser, Kevin Qrosskroyts iştirak ediblər.

 

Dede "Borrusiya"da 13 mövsüm - 1998-ci ildən 2011-ci ilə qədər çıxış edib. Şərti olaraq "Dedenin yığması" və "Dünya yığması" adlandırılan komandaların görüşündən "Dünya yığması" qalib ayrılıb - 13:11. Dede uzaqdan vurulan zərbəylə möhtəşəm qola imza atıb.

 

Xəbər lenti