15 Avqust 12:44 Avropa Liqası: Pley-off rekordla start götürəcək
FUTBOL xəbərləri 15 Avqust 12:44
844 baxış

Avropa Liqası: Pley-off rekordla start götürəcək

Avropa Liqasının pley-off mərhələsi yeni qitə rekordu ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Bordo” (Fransa) – “Kayrat” (Qazaxıstan) cütündə komandalar səfərə yollanmaq üçün rekord məsafə qət edəcək.

 

Bu, avrokubokların 60 illik tarixinin ən uzun məsafəsi olacaq. Belə ki, Bordo və Almatı arasında məsafə 5497 kilometrdi.

 

Bunadək də rekord “Kayrat”ın iştirakı ilə müəyyənləşmişdi. III təsnifat mərhələsində Şotlandiya “Aberdin”i ilə qarşılaşan qazaxıstanlılar da, rəqibi də 5495 km qət etmişdi.

Xəbər lenti