25 Avqust 16:41 Avropa Liqası: "Qarabağ" qələbə qazana bilməyəcək?
FUTBOL xəbərləri 25 Avqust 16:41
1299 baxış

Avropa Liqası: "Qarabağ" qələbə qazana bilməyəcək?

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını keçirəcəyi tarixdə Azərbaycan klubları indiyədək 3 dəfə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, Bakıda “Yanq Boyz”u (İsveçrə) qəbul edəcək “Qarabağ” və Afinada “Panatinaikos”un (Yunanıstan) qonağı olacaq “Qəbələ” avqustun 27-də qazanılacaq ilk qələbənin müəllifi kimi tarixə düşməyə çalışacaq.

 

Belə ki, həmin gün meydana çıxan təmsilçilərimiz qələbə qazana bilməyib. “Qarabağ” artıq 2 dəfə avqustun 27-də avrokubok matçında qüvvəsini sınayıb.

 

1998-ci ildə evdə “Kopenhagen”lə (Danimarka) üz-üzə hələn ağdamlılar böyük hesabla uduzub – 0:4. 2009-cu ildə isə “Tvente” (Hollandiya) Bakıdan qolsuz heç-heçə ilə ayrılıb.

 

6 il əvvəl İsveçrədə “Bazel”in qonağı olan “Bakı” isə səfərdən məğlub qayıdıb – 1:2.

Xəbər lenti