12 İyul 17:29 Avropa Liqasında “Qəbələ” və “İnter”in oyunlarını idarə edəcək hakimlər bəlli oldu
FUTBOL xəbərləri 12 İyul 17:29
5142 baxış

Avropa Liqasında “Qəbələ” və “İnter”in oyunlarını idarə edəcək hakimlər bəlli oldu

UEFA Avropa Liqasındakı təmsilçilərimizin oyunlarını idarə edəcək hakimlərin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsi ilk oyunlarında səfərdə çıxış edəcək “Qəbələ” və “İnter”in oyunlarını uyğun olaraq rumınyalı və isveçli hakimlər briqadası idarə edəcək.

 

Belə ki, iyulun 16-da Belqradda “Çukariçki” ilə qarşılaşacaq “Qəbələ”nin oyununda baş hakim Radu Marian Petresku olacaq.

 

Ona həmyerliləri Mihai Ovidiu Artene və Vladimir Urzika kömək edəcəklər.

 

Qarşılaşmanın dördüncü hakimi isə Marsel Birsan olacaq.

 

Oyun Azərbaycan vaxtı ilə saat 23:30-da başlayacaq.

 

Eyni gündə ancaq fərqi saatda baş tutacaq “Hafnarfyordur” – “İnter” oyununu isə isveçli hakim Michael Lerjeus idarə edəcək.

 

Ona Daniel Gustavsson və Magnus Sjöblom kömək edəcəklər.

 

Matçın 4-cü hakimi isə Kristoffer Karlsson olacaq.

 

Görüşün hakim-inspektoru bosniyalı Rusmir Mrkoviç, UEFA nümayəndəsi isə şotlandiyalı John Taylor təyin olunub.

 

“Bankirlər”in oyunu isə Azərbaycan vaxtı ilə 00:15-də start götürəcək.

Xəbər lenti