28 Oktyabr 12:20 “Avropa Liqasının qalibi ola bilərik” – “Anderlext”in hücumçusu
FUTBOL xəbərləri 28 Oktyabr 12:20
5002 baxış

“Avropa Liqasının qalibi ola bilərik” – “Anderlext”in hücumçusu

“Avropa Liqasının qrupunda keçirdiyimiz 3 oyundan 2-də iddiamızı ortaya qoymuşuq. Məncə, bu turnirdə sona qədər irəliləyə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Anderlext”in hücumçusu Stefano Okaka deyib.

 

Avroliqada “Qarabağ”la eyni qrupda yer alan Belçika təmsilçisinin ilk hədəfi növbəti mərhələyə adlamaqdı.

 

Lakin Okaka Belçika mətbuatına açıqlamasında çempionluqdan dəm vurub: “Fikrimcə, biz Avropa Liqasının qalibi ola bilərik. Bu açıqlamama görə, məni dəli saya bilərsiniz. Lakin bu, mümkündü. Sadəcə, komanda şəklində belə bir uğur qazanacağımıza inanmalıyıq. Bəlkə də, ən güclü qrupa düşmüşük. Keçirdiyimiz 3 matçdan 2-də güclü çıxış etmişik. Yalnız “Qarabağ”la oyunda uğursuzluğa düçar olduq. Amma “Monako” və “Tottenhem” kimi böyük klublardan üstün futbol sərgilədik. Xüsusən də, “Monako” ilə qarşılaşmadan sonra əmin oldum ki, biz Avropa Liqasını qazana bilərik”.

 

Qeyd edək ki, qrup mərhələsində “Tottenhem” üzərində (2:1) qələbə qazanıb, “Monako” ilə (1:1) heç-heçə edən “Anderlext” Bakıda “Qarabağ”a (0:1) məğlub olmuşdu.