13 Avqust 20:35 Avropa Superkubokunun qalibi bütün mükafatlarını auksiona çıxardı
FUTBOL xəbərləri 13 Avqust 20:35
815 baxış

Avropa Superkubokunun qalibi bütün mükafatlarını auksiona çıxardı

Müflis olaraq İtaliya həvəskarlar liqasına göndərilən “Parma” klubu tarixini satışa çıxarıb. Aapasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, klub “Parma” ticarət markasını, klubun bütün inventarını, audio və video arxivini və eləcə də bu zamana kimi qazandığı bütün kubokları bir internet saytı vasitəsilə auksiona çıxarıb.

 

Bu barədə sayta klub rəhbərliyindən məlumat verilib.

 

Qeyd edək ki, auksiona çıxarılanlar arasında qazanılmış 3 İtaliya kuboku, 2 UEFA kuboku, Avropa Superkuboku, İtaliya Superkuboku və Kubok Qalibləri Kuboku da var.

Xəbər lenti