14 Oktyabr 14:19 Avropanın 19 uğursuzu
FUTBOL xəbərləri 14 Oktyabr 14:19
1088 baxış

Avropanın 19 uğursuzu

AVRO-2016-nın seçmə mərhələsi bir neçə milli komanda üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə bu raundu adlayıb final mərhələsinə çıxanlar əbədi uğursuzların sayını azaldıb.

 

Belə ki, indiyədək qatıldığı seçmə mərhələlərin heç birini adlamayanların sayı 19-a qədər düşüb. Bunlar “Köhnə qitə”ni təmsil edib, həm dünya, həm də Avropa çempionatlarının əsas mərhələsini görməyən komandalardı.

 

Özünün 11-ci seçmə mərhələsini də başa vuran Azərbaycan millisi də bu 19 komanda arasındadı. Yığmamızla eyni taleyi yaşayanlar sırasında postsovet məkanı ölkələri çoxluq təşkil edir.

 

Azərbaycan millisindən başqa Litva, Belarus, Qazaxıstan, Gürcüstan, Estoniya, Ermənistan, Moldova da müstəqillik əldə edəndən sonra final mərhələsinə çıxa bilməyib.

 

Digər Avropa yığmalarından Finlandiya, İsrail, Makedoniya və Kipr də yığma səviyyəsində uğurun həsrətini yaşayır. Qitənin “cırtdan” ölkələri – Andorra, Lixtenşteyn, Lüksemburq, Malta, San-Marino, Cəbəllütariq və Farer adalarının final mərhələsinə adlaması isə fantastikaya yaxın sayılır.

 

Qeyd edək ki, seçmə mərhələlərdə Avropanın 54 yığması mübarizə aparır.

Xəbər lenti