27 Aprel 10:01 “Ayaqlarımla nail olduqlarım Allahın mənə hədiyyəsidi” - MÜSAHİBƏ
FUTBOL xəbərləri 27 Aprel 10:01
2903 baxış

“Ayaqlarımla nail olduqlarım Allahın mənə hədiyyəsidi” - MÜSAHİBƏ

“Qəbələ” klubunun futbolçusu Ekiqo Ehiosun Nigeriya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 4 il əvvələdək məşhur həmyerlisi Julius Aqahovanın davamçısı sayılan yarımmüdafiəçi Türkiyənin “Samsunspor” klubundan “Qəbələ”yə keçidindən, gələcək planları və heyətində 6 oyun keçirib, 1 qol vurduğu Nigeriya millisinə dönmək iddiasından danışıb.

 

- Avropa karyeranıza Türkiyədə başlasanız da, artıq Azərbaycanda çıxış edirsiniz. Bu dəyişikliyə nə səbəb oldu?

- Elə vəziyyətlər olur ki, həmin zaman düzgün seçim etməlisən. Türkiyədə həddən artıq çox problemim var idi. Bunlar da mənim üçün həddən artıq çox, həlli mümkünsüz görünürdü. Həmin vaxt Superliqada legioner limiti var idi. Aşağı dəstədə isə maaş o qədər yüksək deyildi. Pul hər şey demək olmasa da, müəyyən məsələlərin həlli üçün lazımdı.

 

- Mövsümün əvvəlindən çıxış etdiyiniz Azərbaycan təcrübəsini necə dəyərləndirirsiniz?

- Dediyiniz kimi, bu, bir təcrübədi. Hələlik hər şey yaxşıdı. Premyer Liqanın səviyyəsi artmaqdadı. Ən əsası isə burada oynayıram. Çempionatda kifayət qədər rəqabətin olmasını qeyd edə bilərəm. Düzdü, əyalətdə çıxış edirəm. Amma Azərbaycanın paytaxtı Bakının çox gözəl şəhər olduğunu da vurğulamalıyam. Burada pul haqda düşünmədən futbol oynamaq imkanım var.  

 

- Azərbaycan futbolunda pul nə qədərdi?

- Bunu dəqiq deyə bilmərəm. Amma bütün mövsümü oynayıb, maaş ala bilməməkdən yaxşıdı.

 

- Bir vaxtlar Nigeriya futbolunun gələcəyinin böyük ulduzlarından biri kimi dəyərləndirilirdiniz. Sonra 4 il yoxa çıxdınız. Nə baş verdi?

- Həqiqətən mənim itdiyimi hesab edirsiz? Nigeriyadan ona görə getdim ki, klubun mənə borcu var idi. Bu üzdən də peşman deyiləm. Öz ayaqlarımla nail olduqlarım Allahın mənə hədiyyəsidi. Bundan da xoşum gəlir. Siz məni daim izləsəydiniz, bilərdiniz ki, daim irəliləmişəm. Mətbuatdan uzaqda olmaq yerimdə qalmaq almanına gəlmir.

 

- Hələ də yenidən Nigeriya yığmasında oynamaq haqda düşünürsünüzmü?

- Əlbəttə. Belə şans qazanan kimi yığmada oynayacam. Bu məsələ zamandan asılıdı. Mən Nigeriya yığmasına çağırılmıramsa, o demək deyil ki, özümü “Superqartallar”dan saymıram. Mən “Qartal”am, həmişə yüksəklərdə uçmağa çalışıram. Bilirəm ki, daha çox çalışıb, işimi yaxşı görsəm, Allahın köməyi ilə milliyə qayıdacam.

 

- Karyeranızla bağlı gələcək planlarınız necədi? Yay “transfer pəncərəsində” yenilik gözləməyə dəyərmi?

- Bu istiqamətdə işlər gedir. Bir neçə təklif almışam. İndi onları götür-qoy edirəm. Amma onların adlarını açıqlamaq istəmirəm. Çünki indiki klubum da məni heyətində saxlamaq istəyindədi. Onlar mənim cavabımı gözləyir.

Xəbər lenti