9 Sentyabr 22:02 Azad Rəhimov: "Levon Aronyana güzəştə getdik"
FUTBOL xəbərləri 9 Sentyabr 22:02
1028 baxış

Azad Rəhimov: "Levon Aronyana güzəştə getdik"

"Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kubokunda iştirak etmək üçün gələn erməni şahmatçı Levon Aronyana güzəşt olunub". APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, Ermənistan şahmatçısı L. Aronyanın Dağlıq Qarabağdakı "yarışda" iştirak etməsinə baxmayaraq, ona güzəşt olunub.

 

“Aronyan Xankəndidə oynasa da, idman prinsiplərini nəzərə alıb güzəştə getdik”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Şahmat üzrə Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da, ilk turun oyunları isə sentyabrın 11-də keçiriləcək. 

Xəbər lenti