24 İyun 11:27 AZAL aparıcı hücumçusunu saxlaya bilmədi
FUTBOL xəbərləri 24 İyun 11:27
3306 baxış

AZAL aparıcı hücumçusunu saxlaya bilmədi

Daha bir futbolçu AZAL-dan ayrılıb. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” əsas hücumçu Freddi Mombonqo ilə yollarını ayırıb.

 

Ciddi maliyyə böhranı yaşadığı üçün futbolçuların maaşlarını ödəyə bilməyən paytaxt klubu bu üzdən Rəşad Abdullayev, Laşa Kasradze və Xuan Fransisko kimi aparıcı futbolçuları komandada saxlaya bilməyib. Onlara isə son olaraq, konqolu Mombonqo qoşulub.

 

AZAL rəhbərliyi uzun müddətdi 30 yaşlı forvardı saxlamaq üçün onunla danışıq aparırdı. Bu danışıqlar isə nəhayət, yekunlaşıb və Mombonqo AZAL-a qayıtmamaq qərarına gəlib. Buna əsas səbəb klubun ona olan son 3 aylıq borcunu hələ də ödəməməsidi.

 

Futbolçunun menecerləri artıq ona yeni klub axtarışına başlayıblar. Mombonqonun karyerasını Azərbaycanda davam etdirməsi də istisna deyil. Çünki Premyer Liqanın bir neçə klubu onun xidmətində maraqlıdı.

Xəbər lenti