25 Avqust 11:42 AZAL baş məşqçisiz qaldı
FUTBOL xəbərləri 25 Avqust 11:42
915 baxış

AZAL baş məşqçisiz qaldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının III turunda baş verən qayda pozuntuları müzakirə olunub. Qurum 5 komandanı ümumilikdə 6400 manat cərimələyib.

 

“Xəzər Lənkəran”la qarşılaşmada 5 futbolçusu sarı vərəqə ilə cəzalanan “Rəvan”  1000 manat cərimə olunub. Meydan sahiblərinin qırmızı vərəqə alan oyunçuları Elşən Rzazadə və Adrian Skarlatakenin cəzası eyni olub. Hərəyə 200 manat cərimə olunan futbolçular 1 oyunluq cəza alıb.

 

Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.

 

AZAL – “Qarabağ”  matçının 82-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı emosional şəkildə etiraz etdiyinə görə “texniki zona”dan  kənarlaşdırılıb. Buna görə 1 oyun cəzalanan çalışdırıcı klubunu 1000 manat xərcə salıb.

 

“Qəbələ” – “Kəpəz” matçında 4 futbolçusunun sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. “İnter”lə qarşılaşmada 5 futbolçusu xəbərdarlıq alan “Zirə”nin də cəriməsi eyni olub.

Xəbər lenti