26 Sentyabr 19:55 AZAL ilk xalını qazandı, "Qarabağ" yeni stadionunu 1 xalla qeyd etdi - YENİLƏNİB
FUTBOL xəbərləri 26 Sentyabr 19:55
17590 baxış

AZAL ilk xalını qazandı, "Qarabağ" yeni stadionunu 1 xalla qeyd etdi - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında VI turun daha iki qarşılaşması baş tutub. Apasport.az saytının məlumatına görə, qarşılaşmalardan biri Sumqayıtda, digəri isə Bakıda keçirilib.

 

Birinciliyin aşkar autsayderi AZAL “Sumqayıt”ın qonağı olub. Əslində komandaların ikisi də çempionata heç də yaxşı start verməyiblər. Meydan sahibləri keçirdiyi 5 oyunda qələbə üzünə həsrət qalsa da, qazandığı 3 xalı heç-heçələrə borcludu. “Təyyarəçilər” isə qələbə qazanmaq bir yana, bu oyuna qədər nə xal, nə də qol hesabını aça bilməmişdilər. İki komandanın qarşılaşmasında AZAL son dörd oyunda “Sumqayıt”a uduzmayıb. Bu dəfə də ənənə pozulmayıb. "Gənclik şəhəri"nin sakinləri hesabı açan tərəf olsa da, oyuna əlavə olunmuş dəqiqələrdə AZAL hesabı bərabərləşdirərək, həm mövsümdəki ilk qolunu vurdu, həm də ilk xalını qazandı.

 

Günün digər oyunu isə şübhəsiz ki, turun mərkəzi görüşü hesab olunurdu. Ötən mövsümün çempionu “Qarabağ” mövsümə istədiyi kimi başlaya bilməyən “Neftçi” ilə qarşılaşıb. Bu vaxta qədər keçirilmiş bütün çempionatların iştirakçısı olmuş bu iki komandanın dueli “Azərbaycan derbisi” adlandırılır və həmişə maraqlı və gərgin mübarizə ilə yadda qalıb.

 

“Qarabağ” yeni inşa etdiyi stadionda ilk oyununu məhz əzəli rəqibinə qarşı keçirib. Əvvəlki illərdən fərqli Ağdam təmsilçisi bu dəfə görüşün aşkar favoriti idi. Bu mövsüm gənclərə bel bağlayan “Neftçi”nin Avrokubokda da mübarizəni davam etdirən güclü rəqibi önündə necə çıxış edəcəyi maraqla gözlənilirdi. Hər halda, paytaxt təmsilçisi sürpriz edərək 8 oyunluq “Qarabağ” sindromuna və 2 il 4 aylıq qələbə həsrətinə son qoymaq arzusunda idi. "Flaqman" arzusuna qismən nail oldu. Oyunda hesabı açan "ağ-qaralar" yalnız matçın son dəqiqəsində öz qapılarında qol gördülər. "Qarabağ" isə yeni stadiondakı ilk oyununu 1 xalla qeyd etməli oldu.

 

Topaz Premyer Liqası

VI tur

 

26 sentyabr

 

“Qarabağ” – “Neftçi” - 1:1

Qol: Almeyda, 90 (pen.) - Ramos, 60

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 11. Elvin Məmmədov, 10. Dani, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əl Hərbi Əl Jadeyui

Baş məşqçi: Qurban Qurbanov

 

 

“Neftçi” 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov

Baş məşqçi: Samir Əliyev

 

 

“Sumqayıt” – AZAL - 1:1

Qol: Ağabala Ramazanov, 36 - Quruli, 90+4

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
“Kapital Bank Arena”

 

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 7. Pərdis Fərcad–Azad, 8. Nuran Qurbanov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 22. Tofiq Mikayılov, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 10. Uğur Pamuk, 23. Tural Rzayev, 24. Amit Quluzadə, 39. Emin Mehdiyev, 97. Xəyal Nəcəfov

Baş məşqçi: Aqil Məmmədov

 

 

AZAL: 16. Stanislav Namaşko, 4. Qvanzan Maqomedov, 3. Tural Hümbətov, 2. Rail Məlikov, 24. Emin Cəfərquliyev, 8. Seymur Əsədov (k), 14. İlqar Ələkbərov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 19. Məhəmməd Bədəlbəyli, 27. Aleksandr Quruli

Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 6. Tagim Novruzov, 9. Aydın Qasımov, 20. İsmayıl İbrahimli, 28. Müşfiq Teymurov, 7. Tərlan Xəlilov, 15. Rüfət Musayev 

Baş məşqçi: Tərlan Əhmədov

 

 

Turnir cədvəli

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

"Qarabağ"

6

4

2

0

11-6

14

2

"Qəbələ"

6

4

1

1

10-4

13

3

"İnter"

6

4

1

1

5-3

13

4

"Neftçi"

6

2

3

1

7-5

9

5

"Zirə"

5

2

3

0

4-2

9

6

"Xəzər Lənkəran"

5

1

3

1

5-4

6

7

"Kəpəz"

6

1

2

3

4-6

5

8

"Sumqayıt"

6

0

4

2

3-5

4

9

"Rəvan"

6

0

2

4

4-11

2

10

 AZAL

6

0

1

5

1-8

1

 

Bombardirlər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Riçard Almeyda (“Qarabağ”), Aleksey Qay (“Qəbələ”) - 3 qol

Xəbər lenti