10 Avqust 16:23 AZAL rəsmisi: Elşən İsmayılov komandadan uzaqlaşdırılıb
FUTBOL xəbərləri 10 Avqust 16:23
1316 baxış

AZAL rəsmisi: Elşən İsmayılov komandadan uzaqlaşdırılıb

AZAL klubu jurnalist Rasim Əliyevin öldürülməsinə görə şübhəli şəxs qismində saxlanılan Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılovla məsələyə münasibət bildirib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov apasport.az saytına açıqlamasında İsmayılovun artıq komandanın üzvü olmadığını bildirib.

 

Hadisədən kədərləndiklərini bildirən Yusifov AZAL-ın adıçəkilən oyunçu ilə ötən ay yollarını ayırdığını söyləyib: “Bu, təəssüfləndirici olaydı. Hər kəs kimi, bizi də çox kədərləndirdi. Klub adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Təqsirli bilinən şəxsin adının AZAL-la birgə hallanması bizi bu məsələyə aydınlıq gətirməyə vadar edib. Elşən İsmayılov bu ilin yanvar ayında əvəzedici komandamıza cəlb edilmişdi. Lakin mövsüm bitdikdən sonra onunla yollarımızı ayırmışıq. Əvəzedici komandanın baş məşqçisi iyunun sonlarında rəhbərliyə heyətdə görmək istəmədiyi oyunçuların siyahısını təqdim etmişdi. Elşən İsmayılov da bir neçə futbolçu ilə birlikdə həmin vaxt komandadan uzaqlaşdırılıb. İyul ayının 2-də isə o, rəsmən AZAL-dan çıxarılıb”.

Xəbər lenti