10 İyul 08:05 Azərbaycan 1 pillə irəlilədi, üç ölkə üçün erkən finiş
FUTBOL xəbərləri 10 İyul 08:05
4086 baxış

Azərbaycan 1 pillə irəlilədi, üç ölkə üçün erkən finiş

UEFA-nın reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarından sonra cədvəldə müəyyən dəyişikliklər baş verib.

 

Bu həftə ümumilikdə 55 matç keçirilib. Çempionlar Liqasında 4, Avropa Liqasında 51 qarşılaşma baş tutub. Bu görüşlərdən sonra 55 komanda mübarizəni dayandırıb. Üç ölkə - Farer adaları, San-Marini və Andorra üçün isə avrokubok mövsümü başa çatıb. Onların bütün klubları artıq mübarizəni dayandırıb.

 

Bu matçların nəticəsi Azərbaycana da təsir edib. Ölkəmiz I təsnifat mərhələsinin cavab oyunlarında 0,500 xal toplayıb. Heç-heçəyə nail olan “Neftçi” və “İnter” ilk oyunlarda olduğu kimi yenə reytinqimizə hərəyə 0,125 xal gətiribsə, “Qəbələ” qələbə qazanmaqla reytinqimizə 0,250 xalla töhfə verib.

 

Ümumilikdə isə Azərbaycan cari mövsümdə 0,750 xal qazanıb. Mübarizəyə başlayan hər üç komandamız eyni – 0,250 xal əldə edib.

 

Nəticədə son 5 mövsümün nəticəsinə əsasən hesablanan əmsalımız 11,250-yə yüksəlib. Bu artım ilk oyunlardan sonra əldən verilən 28-ci pilləni qaytarmaq üçün yetərli olub. Ötən həftəki uğursuz start nəticəsində Serbiya Azərbaycana çatıb, əlavə göstəricilərdə 29-cu pilləyə sıxışdırmışdı. Cavab oyunlarında uduzmayan təmsilçilərimiz cari mövsümün xallarında Serbiyaya çatıb. Son 5 mövsümün nəticəsində isə balknalılarla aramızdakı 0,125 xallıq fərq ölkəmizi 28-ci pilləyə qaytarıb. Ən yaxın izləyicimiz olan Serbiyadan bir heç-heçəlik fərq qədər öndə olsaq da, 27-ci pillədən xeyli uzaqdayıq. Belə ki, Sloveniya Azərbaycanı 2,375 xal qabaqlayır.

 

Qeyd edək ki, siyahıya İspaniya (84,070), Almaniya (65,463) və İngiltərə (63,784) başçılıq edir.

 

 

 

yer

Ölkə

11/12

12/13

13/14

14/15

15/16

xal

klublar

1

İspaniya

20.857

17.714

23.000

20.214

2.285

84.070

7/ 7

2

Almaniya

15.250

17.928

14.714

15.857

1.714

65.463

7/ 7

3

İngiltərə

15.250

16.428

16.785

13.571

1.750

63.784

8/ 8

4

İtaliya

11.357

14.416

14.166

19.000

1.333

60.272

6/ 6

5

Portuqaliya

11.833

11.750

9.916

9.083

1.333

43.915

6/ 6

6

Fransa

10.500

11.750

8.500

10.916

1.333

42.999

6/ 6

7

Rusiya

9.750

9.750

10.416

9.666

0.800

40.382

5/ 5

8

Ukrayna

7.750

9.500

7.833

10.000

0.800

35.883

5/ 5

9

Belçika

10.100

6.500

6.400

9.600

0.800

33.400

5/ 5

10

Hollandiya

13.600

4.214

5.916

6.083

0.750

30.563

5/ 6

11

Türkiyə

5.100

10.200

6.700

6.000

0.800

28.800

5/ 5

12

İsveçrə

6.000

8.375

7.200

6.900

0.000

28.475

5/ 5

13

Çexiya

5.250

8.500

8.000

3.875

0.000

25.625

5/ 5

14

Yunanıstan

7.600

4.400

6.100

6.200

0.800

25.100

5/ 5

15

Rumıniya

4.333

6.800

6.875

5.125

0.375

23.508

4/ 4

16

Avstriya

7.125

2.250

7.800

4.125

0.000

21.300

5/ 5

17

Xorvatiya

3.750

4.375

4.375

6.875

0.750

20.125

4/ 4

18

Kipr

9.125

4.000

2.750

3.300

0.750

19.925

4/ 4

19

Polşa

6.625

2.500

3.125

4.750

1.000

18.000

4/ 4

20

İsrail

6.000

3.250

5.750

1.375

0.375

16.750

4/ 4

21

İsveç

2.900

5.125

3.200

3.900

0.750

15.875

4/ 4

22

Belarus

3.125

4.500

1.750

5.500

0.625

15.500

3/ 4

23

Şotlandiya

2.750

4.300

3.250

4.000

0.500

14.800

3/ 4

24

Danimarka

3.100

3.300

3.800

2.900

1.000

14.100

4/ 4

25

Norveç

2.300

4.900

2.600

2.200

1.250

13.250

4/ 4

26

Bolqarıstan

1.500

0.750

5.625

4.250

0.750

12.875

3/ 4

27

Sloveniya

2.250

3.250

2.625

4.000

0.500

12.625

2/ 4

28

AZƏRBAYCAN

1.375

3.000

2.500

3.625

0.750

11.250

3/ 4

29

Serbiya

2.125

3.000

2.500

2.750

0.750

11.125

3/ 4

30

Qazaxıstan

1.625

1.375

3.125

3.375

0.750

10.250

2/ 4

31

Slovakiya

2.375

1.500

1.625

2.750

1.250

9.500

4/ 4

32

Macarıstan

2.250

3.000

0.875

2.125

0.750

9.000

3/ 4

33

İslandiya

1.375

1.250

2.500

2.500

1.000

8.625

3/ 4

34

Moldova

0.500

2.250

3.375

1.750

0.625

8.500

2/ 4

35

Gürcüstan

2.875

1.500

1.875

1.250

0.625

8.125

1/ 4

36

Lixtenşteyn

2.000

0.000

1.000

2.500

2.000

7.500

1/ 1

37

Finlandiya

1.500

2.000

0.500

2.400

0.250

6.650

1/ 4

38

Bosniya və Hersoqovina

1.125

1.250

1.500

1.750

1.000

6.625

2/ 4

39

İrlandiya

1.500

1.000

0.250

2.000

0.600

5.350

3/ 5

40

Lüksemburq

1.125

1.375

1.500

0.500

0.625

5.125

2/ 4

41

Albaniya

0.875

0.750

2.000

0.875

0.625

5.125

2/ 4

42

Makedoniya

1.625

1.250

0.500

1.125

0.500

5.000

2/ 4

43

Latviya

0.625

1.250

1.625

0.250

1.125

4.875

4/ 4

44

Monteneqro

0.500

1.375

1.250

0.750

0.625

4.500

2/ 4

45

Litva

1.000

1.125

1.250

0.500

0.500

4.375

2/ 4

46

Estoniya

0.375

0.375

1.000

1.500

1.000

4.250

1/ 4

47

Şimali İrlandiya

0.500

1.000

0.875

1.375

0.500

4.250

2/ 4

48

Ermənistan

0.125

0.875

1.125

0.375

1.125

3.625

3/ 4

49

Farer adaları

0.500

0.500

0.875

1.375

0.375

3.625

4

50

Uels

0.625

0.500

0.750

0.125

1.375

3.375

2/ 4

51

Malta

0.833

0.875

0.875

0.125

0.375

3.083

2/ 4

52

Cəbəllütariq

0.000

0.000

0.000

0.250

0.750

1.000

1/ 2

53

Andorra

0.000

0.000

0.333

0.500

0.166

0.999

3

54

San-Marino

0.000

0.000

0.333

0.000

0.000

0.333

3

Qeyd: klublar sütununda “/” işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə bütün klubların sayı əks olunub.