15 Avqust 14:34 “Azərbaycan çempionatının səviyyəsi çox sürətlə artır”
FUTBOL xəbərləri 15 Avqust 14:34
6749 baxış

“Azərbaycan çempionatının səviyyəsi çox sürətlə artır”

“Ukrayna futbolçularının Avropanın qərbindəki ölkələrin klublarına keçməsinin tərəfdarıyam. Lakin vəziyyəti də nəzərə almalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı futbol meneceri Yuri Avsış deyib.

 

O, verdiyi müsahibədə həmyerlilərinin Azərbaycan və Qazaxıstan klublarına keçməkdə meylli olmasına münasibət bildirib. Avdış bunun normal olduğunu düşünür: “Bu üzdən Azərbaycan və Qazaxıstan çempionatlarını müəyyən mənada sərfəli hesab etmək olar. Axı bu ölkələrin çempionatının səviyyəsi də çox sürətlə artır. Həmin çempionatlara yollanan futbolçuların sayı da çoxalır. Əgər Vitali Vernidub və ya digər ukraynalı futbolçu siyasi düşüncəsi üzündən Rusiyaya deyil, Azərbaycan və ya Qazaxıstan çempionatına gedirsə, bu qərar onun seçimidi. Bunu normal qarşılayıb, qəbul etmək lazımdı”.