23 İyul 10:08 Azərbaycan futbolunda yeni rekord
FUTBOL xəbərləri 23 İyul 10:08
5332 baxış

Azərbaycan futbolunda yeni rekord

“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan futbolu tarixində yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.

 

“Sambaçı” Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la Monteenqrodakı görüşünün taleyini həll edən qola imza atıb. Bu, onun təmsilçimizin heyətində vurduğu 8-ci avrokubok qoludu.

 

Reynaldo qitə miqyaslı turnirlərdə heç bir futbolçumuzun nail olmadığı məhsuldarlığı göstərib. Belə ki, o, 8-ə çatan ilk oyunçumuzdu.

 

Bunadək hesabında 7 qol olan braziliyalı Azərbaycan rekorduna şərik idi. O, “Qəbələ”nin yarımmüdafiəçisi Rəad Sadiqovla eyni sayda – 7 dəfə fərqlənmişdi.

 

Qeyd edək ki, Belçikanın “Serkl Brügge” klubunun heyətində də Avropa Liqasında 1 qol vuran 9 nömrə ümumilikdə avrokuboklarda 9 dəfə fərqlənib. Çempionlar Liqasında 7 matçda 3 qol sevinci yaşayan braziliyalı Avropa Liqasında 17 oyunda 6 dəfə rəqib qapılarına yol tapıb.

 

Azərbaycan klubları ilə avrokuboklarda 5 və daha çox qol vuran futbolçular

yer 

futbolçu

qol

1.

Reynaldo Silva

8

2.

Rəşad Sadiqov

7

3.

Baçana Sxadadze

6

4-7.

Rəşad Sadıqov

5

 

Əfran İsmayılov

5

 

Julius Vobay

5

 

Vüqar Nadirov

5

 

Xəbər lenti