8 Oktyabr 10:59 Azərbaycan – İtaliya: Start heyətləri “açıqlandı”
FUTBOL xəbərləri 8 Oktyabr 10:59
9795 baxış

Azərbaycan – İtaliya: Start heyətləri “açıqlandı”

Dörd qat dünya çempionu İtaliya yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində 2 gün sonra millimizin qonağı olacaq. Apasport.az saytı xəbər verir ki, İtaliya mətbuatı “Skuadra Adzurra”nın millimizlə oyuna çıxacaq ehtimal heyətini yazıb.

 

Həmkarlarımız iddia edirlər ki, baş məşqçi Antonio Konte Bakıdakı qarşılaşmada bu heyətə şans verəcək: Canluici Buffon, Matteo Darmian, Leonardo Bonuççi, Corcio Kyellini, Luka Antonelli, Marko Verratti, Andrea Pirlo, Cakomo Bonaventura, Stefan Əl-Şaravi, Antonio Kandreva, Qraziano Pelle.

 

Lorentso İnsinyenin zədəsi ilə əlaqədar heyətdən kənarlaşdırılmasından sonra onun əvəzinə Daniele de Rossinin yığmaya çağırılacağı gözlənilirdi. Bu mənada, İtaliyanın bəzi saytlarında “Roma”lının adı əsas heyətdə göstərilib. Ancaq nəzərə alsaq ki, de Rossi milliyə dəvət almayıb, deməli, onun yığmamıza qarşı oynamaq ehtimalı sıfıra bərabərdi. Belə olan halda, İnsinyeni əvəzləyən Bonaventuranın ilk “11-lik”də yer alması inandırıcı görünür.

 

İtaliyalı həmkarlarımız Azərbaycan yığmasının da ehtimal “11-liy”ini yazıblar. Ancaq burda səhvə yol verərək, yığmanın düşərgəsində olmayan Cavid Tağıyevin də adını heyətdə göstəriblər: Kamran Ağayev, Arif Daşdəmirov, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov, Dmitri Nazarov, Cavid Tağıyev, Ruslan Qurbanov.

 

Xəbər lenti