14 Oktyabr 21:50 Azərbaycan Kuboku: Sonuncu 1/8 finalçı "Qaradağ Lökbatan" oldu - YENİLƏNİB
FUTBOL xəbərləri 14 Oktyabr 21:50
7441 baxış

Azərbaycan Kuboku: Sonuncu 1/8 finalçı "Qaradağ Lökbatan" oldu - YENİLƏNİB

Bu gün Azərbaycan kubokunun yeni mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, 19 komandanın çıxış etdiyi 2015/16 mövsümü 1/16 final mərhələsinin qarşılaşmaları ilə başlayıb.

 

Bir oyundan ibarət olan mərhələdə 3 cüt üz-üzə gəlib. I divizion təmsilçilərinin mübarizə apardığı mərhələnin görüşlərindən ikisi Bakıda, biri paytaxtdan kənarda baş tutub.

 

Bugünkü qarşılaşmalardan ikisi saat 14:00-da başlayıb. Bakıda MOİK-lə “Turan Tovuz”, Qusarda isə “Şahdağ”la “Şəmkir” görüşüb. Günün son qarşılaşmasında isə “Şərurspor”ıa “Qaradağ Lökbatan” üz-üzə gəlib.

 


Azərbaycan kuboku

1/16 final

 

14 oktyabr (çərşənbə)
 

MOİK – “Turan Tovuz” -1:2 (əlavə vaxtda)

Qollar: Rəfail Qəvami, 63 - Vüsal Qarayev, 53, Tuqay Alhüseynli, 110 
Hakimlər: Əmrah İbrahimov, Rahil Ramazanov, Vüsal Qənbərov, Alik Yunusov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


“Şahdağ” – “Şəmkir” - 1:3

Qollar: İlqar Səmədov, 89 - Bəhruz Teymurov, 34, 87, Əziz Hüseynov, 68
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Kamran Bayramov, Elgün Hüseynov 
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

 

“Şərurspor” – “Qaradağ Lökbatan” - 3:3 (əlavə vaxt)

Qollar: Rəhman Musayev, 22, 86, Fariz Nəcəfov, 105+1 - Sabir Allahquliyev, 9, 58, Rüfət Məmmədov, 101

Penalti seriyası: 3:4

 

Hakimlər: Anar Niyazov, Yaşar Abbasov, Şakir Quliyev, Qorxmaz Eldarov 

“Bayıl Arena”

 

Xəbər lenti