3 İyun 13:52 Azərbaycan kubokunun finalı FİFA referisinə tapşırıldı
FUTBOL xəbərləri 3 İyun 13:52
566 baxış

Azərbaycan kubokunun finalı FİFA referisinə tapşırıldı

Azərbaycan kubokunun final oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi Qəbələdə keçiriləcək “Qarabağ” – “Neftçi” oyununun ədalət təmsilçilərini matç günündə açıqlayıb.

 

Belə ki, 23-cü ölkə kubokunun həlledici qarşılaşması Rəhim Həsənova tapşırılıb. FİFA referisinə Yaşar Abbasov, Rza Məmmədov kömək edəcəklər. Beynəlxalq dərəcəli digər referimiz Orxan Məmmədov 4-cü hakim olacaq.

 

Elvin Əsgərov və FİFA hakimi Əliyar Ağayev əlavə köməkçi funksiyasını yerinə yetirəcək.

 

Azərbaycan kuboku

Final

3 iyun

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov,Rza Məmmədov, Orxan Məmmədov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu