30 Avqust 14:22 Azərbaycan milli komandasının hücumçusu “Antalyaspor”da!
FUTBOL xəbərləri 30 Avqust 14:22
9255 baxış

Azərbaycan milli komandasının hücumçusu “Antalyaspor”da!

Adı “Qalatasaray” və “Beşiktaş”la hallanan, ancaq bu iki Türkiyə nəhənginə keçidi alınmayan U-19 milli komandamızın üzvü Cem Fələk gözlənilməz transferlə yadda qalıb. Apasport.az saytının məlumatına görə, Almaniya doğumlu futbolçu Türkiyənin III liqa təmsilçisi “Fatih Karagümrük”lə müqavilə imzalayıb.

 

Ancaq 19 yaşlı futbolçu Türkiyə aşağı dəstəsində oynamayacaq. Belə ki, o, artıq bir illik müddətə superliqada çıxış edən “Antalyaspor”a icarəyə verilib.

 

Bu barədə Türkiyə Futbol Federasiyasının müvafiq lisenziyasını əldə etmişik.

 

Qeyd edək ki, hələ 13 yaşında “Xəzər Lənkəran”la anlaşan, daha sonra isə karyerasını “Ayntraxt”ın akademiyasında davam etdirən Cem, iki yaş qrupu üzrə milli komandalarımızın şərəfini qoruyub.

 

O, 2012-ci ildən etibarən U-17 milli komandası ilə 11 oyunda meydana çıxıb, 5 dəfə də fərqlənməyə imkan tapıb.

 

2014-cü ildən sonra isə artıq U-19 millisinə dəvət olunan futbolçu burada da 3 oyunda forma geyinib.

Xəbər lenti