31 Avqust 13:25 “Azərbaycan millisi artıq ciddi komanda təsiri bağışlayır” – Niko Kovaç
FUTBOL xəbərləri 31 Avqust 13:25
6483 baxış

“Azərbaycan millisi artıq ciddi komanda təsiri bağışlayır” – Niko Kovaç

“Azərbaycanla budəfəki matç çətin keçəcək. Rəqibimiz oyun sistemini dəyişib”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda millimizin qonağı olacaq xorvatların çalışdırıcısı ölkəsinin mətbuatına açıqlama verib.

 

Azərbaycan yığması haqda müsbət fikirlər səsləndirən Kovaç budəfəki qarşılaşmanın asan olmayacağını bildirib.

 

O qeyd edib ki, Robert Prosineçkinin gəlişindən sonra millimizdə inkişaf var: “Prosineçkinin baş məşqçi postuna keçməsindən sonra bu komanda inkişafdadı. Azərbaycan millisi artıq ciddi komanda təsiri bağışlayır. Bunu son oyunlardakı nəticələr də göstərir. Odu ki, heç kim bu oyunda bizdən yenə 6:0 hesablı qələbə gözləməsin”.

 

Məqsədlərinin Avropa çempionatının final mərhələsində iştirak etmək olduğunu deyən Kovaç ustalıq səviyyəsi baxımından Azərbaycan yığmasını qabaqladıqlarını vurğulayıb:

“Təbii ki, ustalıq səviyyəsi baxımından rəqibdən öndəyik. Ancaq məsuliyyət və konsentrasiya lazımi səviyyədə olmasa, bu, işə yaramır. Hamımız matçın əhəmiyyətini dərk edirik. Məqsədimiz Avro-2016-nın qrup mərhələsində iştirak etməkdi. Son 1 il ərzində yaxşı iş görmüşük. Ancaq başladığımız işi sona çatdırmaq lazımdı. Arxayınlaşmaq olmaz. Əvvəlki kimi, yenə oyunlara yaxşı hazırlaşmalıyıq. Bunu bacaracağımız təqdirdə, nəticə əldə edəcəyik”.

 

Qeyd edək ki, 6 oyundan sonra 13 xal toplayan Xorvatiya millisi H qrupuna başçılıq edir. Aktivində 4 xal olan millimiz isə 5-ci pillədə qərarlaşıb. 

Xəbər lenti