10 İyun 09:39 “Azərbaycan millisi Danimarka ilə eyni səviyyəli komanda deyil” - FOTO
FUTBOL xəbərləri 10 İyun 09:39
535 baxış

“Azərbaycan millisi Danimarka ilə eyni səviyyəli komanda deyil” - FOTO

“Azərbaycan millisi Danimarka ilə eyni səviyyəli komanda deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Serbiya millisinin futbolçusu Lazar Markoviç deyib.

 

24 yaşlı hücumçu AVRO-2016-nın seçmə mərhələsinin Danimarka ilə iyunun 13-də keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. İngiltərə “Liverpul”unda çıxış edən futbolçu 3 gün əvvəl Azərbaycan millisi üzərində qazanılan 4:1 hesablı qələbəni də yada salıb: “İstənilən oyunda qələbə vacibdi. Həm yoxlama, həm seçmə oyunlarında qələbə qazanmalıyıq. Kopenhagendə də qalib gələcəyimizi gözləyirəm. Daha yaxşı oynayacağımızı hesab edirəm”.

 

Qeyd edək ki, Markoviç 2012-ci ildən Serbiya millisində çıxış edir.