27 Avqust 10:31 “Azərbaycan millisi ilə danışıq aparmıram” - FOTO
FUTBOL xəbərləri 27 Avqust 10:31
1532 baxış

“Azərbaycan millisi ilə danışıq aparmıram” - FOTO

“Azərbaycan millisində oynamaq təklifi almışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın U-21 millisinin əslən azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib.

 

Sankt-Peterburqda anadan olan 19 yaşlı hücumçu Azərbaycan millisinə oynamaq perspektivinə aydınlıq gətirib.

 

Hazırda icarə əsasında “Rubin”də çıxış edən “Zenit”in yetirməsi karyerasını vətəni Rusiya ilə bağlı olduğunu bildirib: “Amma onlarla danışıqlar aparmıram. Bütün fikirlərim Rusiya ilə bağlıdı. Azərbaycan millisinə hörmətlə yanaşıram. Bu ölkə atamın vətənidi. Rusiya millisinin baş məşqçisindən dəvət gözləyəcəm. Bunun üçün nə qədər lazımdısa - 1, 2 və ya 3 il də gözləməyə hazıram”.

 

Qeyd edək ki, Rusiyanın U-21 yığması AVRO-2017-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibidi.

 

Xəbər lenti