29 Oktyabr 11:00 Azərbaycan – Moldova matçının qiyməti: 20 min manat
FUTBOL xəbərləri 29 Oktyabr 11:00
1151 baxış

Azərbaycan – Moldova matçının qiyməti: 20 min manat

Azərbaycan yığmasının noyabrın 17-də Moldova millisi ilə keçirəcəyi yoxlama görüşünün hansı kanal vasitəsilə yayımlanacağı hələ də bəlli deyil. Apasport.az saytının məlumatına AFFA bununla bağlı tender elan edib.

 

Belə ki, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın yayımı üçün federasiyanın tələbləri ilə razılaşmaq lazımdı. Görüşün televiziya vasitəsilə yayımının siqnalı ilə bağlı (çəkiliş təşkil olunacaq) tenderin qiyməti 20 min manatdı. Kanal rəhbərləri noyabrın 10-na qədər müraciət edə bilərlər.

 

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan – Moldova oyunu saat 21:00-da başlayacaq.

Xəbər lenti