31 İyul 13:44 Azərbaycan rekordçusu ilə “Aberdin”in fərqi
FUTBOL xəbərləri 31 İyul 13:44
1322 baxış

Azərbaycan rekordçusu ilə “Aberdin”in fərqi

“Aberdin” avrokuboklar tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Qazaxıstanda “Kayrat”la görüşən Şotlandiya təmsilçisi qitə miqyaslı klub turnirlərində ən uzun yol qət edən komanda adına yiyələnib.

 

“Aberdin” Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşması üçün 11 min kilometrə yaxın məsafə qət etməli olub. Belə ki, şotlandiyalılar 10 990 m yol uçub. Bir tərəfə 5495 kilometr qət edən “Aberdin” çarter reysi üçün 285 min avro ödəyib və komanda ilə 65 azarkeş də aparıb.

 

Maraqlıdı ki, “Aberdin” Şotlandiya daxili yarışlarda ən uzağa – “Kilmarnok”la matça yollananda 140 mil qət edir. Düzdü, gələn həftə cavab oyununa eyni məsafə qət edəcək “Kayrat” 2:1 hesabı ilə məğlub etdiyi rəqibinin rekordunu təkrarlayacaq.

 

Bu həftə Azərbaycan klubları da uzaq səfərə çıxıblar. “İnter” İspaniya “Atletik”i ilə Bilbaodakı oyuna 4311, “Qarabağ” Şotlandiya “Seltik”i ilə Qlazqodakı matça 4234 km qət edib.

 

Amma bu da Azərbaycan rekordu deyil. Klublarımız və ya onların rəqiblərinin ən uzun yolçuluğu İslandiya təmsilçiləri ilə görüşlərdə olub. “Neftçi” 2005-ci, “İnter” isə 2015-ci ildə “Hafnarfyordur”la səfər matçı üçün 5180 kilometr uçmalı olub. “Viləş” isə Qrindavikin eyniadlı təmsilçisi ilə oyuna yollananda 5207 kilometr məsafə adlayıb.

 

Xəbər lenti