28 Avqust 20:44 “Azərbaycan təmsilçisi haqqında heç nə bilmirəm” – “Krasnodar”ın kapitanı
FUTBOL xəbərləri 28 Avqust 20:44
1827 baxış

“Azərbaycan təmsilçisi haqqında heç nə bilmirəm” – “Krasnodar”ın kapitanı

“Çox yaxşı qrupda yer aldığımızı düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Krasnodar”ın kapitanı Andreas Qranksvist deyib.

 

UEFA Avropa Liqasının C qrupunda təmsilçimiz “Qəbələ” ilə mübarizə aparacaq rus klubunun isveçli müdafiəçisi rəqibləri haqında fikirlərini bildirib:

 

“Borussiya” ilə oynamaq əla olacaq. Almaniyanın ən yaxşı klublarından biridi, əla azarkeş dəstəyinə malikdilər, bütün oyunlarda stadionları dopdolu olur.

Yunanıstan təmsilçisi PAOK-la oyunlar da maraqlı olacaq. Onların da əla tərəfdar kütləsi var. Bu komanda ilə oyunlar o qədər də asan olmayacaq”.

 

İsveçli futbolçu “Qəbələ” haqqında isə məlumatlı olmadığını deyib:

 

“Açığını deyim ki, Azərbaycan təmsilçisi haqqında heç nə bilmirəm. Onların hansı gücə malik olduqları haqqında təsəvvürə malik deyiləm. Ancaq istənilən halda qrupdakı mübarizə çox maraqlı olacaq. Düşünürəm ki, növbəti mərhələyə keçmək üçün yaxşı şanslarımız var”.