1 Sentyabr 15:15 “Azərbaycan və Norveçdən 4 xal almaq pis olmaz” – Deyan Lovren
FUTBOL xəbərləri 1 Sentyabr 15:15
1464 baxış

“Azərbaycan və Norveçdən 4 xal almaq pis olmaz” – Deyan Lovren

“Azərbaycan və Norveçlə oyunun nəticəsi bizim üçün çox önəmlidi. Maksimum nəticə məqsədə çatmağımıza kömək edə bilər”. Apasport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren deyib.

 

Xorvatiya millisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Azərbaycan, 6-da isə Norveçin qonağı olacaq.

 

“Liverpul”dakı çıxışı ilə diqqət çəkən Lovren Xorvatiya mətbuatına açıqlamasında yığmanın qarşıdakı oyunlardakı hədəfindən söz açıb: “Həm Azərbaycan, həm də Norveçi məğlub etməliyik. Bunun üçün çox çalışmalı olduğumuzu da bilirik. Ancaq bu iki görüşdə 6 xal toplamaq olar. Məğlubiyyəti heç ağlımızdan da keçirməməliyik. Fikrimcə, iki oyunda 4 xal toplamaq da pis nəticə olmaz”.

 

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti