6 Oktyabr 08:25 “Azərbaycan və Norveçlə oyunlara qələbə üçün çıxacağıq” - Soriano
FUTBOL xəbərləri 6 Oktyabr 08:25
2788 baxış

“Azərbaycan və Norveçlə oyunlara qələbə üçün çıxacağıq” - Soriano

“Öz ölkəni beynəlxalq arenada təmsil etmək möhtəşəm hissdi. Yığmanın heyətinə dəvət almaq futbolçunun təcrübəsini bir qədər də artırır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri İtaliya yığmasının üzvü Roberto Soriano deyib.

 

“Sampdoriya”nın yarımmüdafiəçisi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan, 3 gün sonra isə Norveçlə keçiriləcək oyunlara dəvət alıb.

 

Ölkəsinin mətbuatına danışan 24 yaşlı futbolçu iddialı danışıb. O, hər 2 görüşə qələbə üçün çıxacaqlarını bildirib: “Seçmə mərhələ hələ bitməyib. Qarşıda bizi 2 vacib oyun gözləyir. İtaliya yığması həm Azərbaycan, həm də Norveçlə oyunda bütün gücünü göstərəcək. Biz hər 2 görüşə qələbə üçün çıxacağıq. Komandada motivasiya yüksəkdi. Məşqlərdə özümü yaxşı tərəfdən göstərib, baş məşqçinin etimadını qazanmağa çalışacam”.

 

Qeyd edək ki, 2014-cü ildən İtaliya millisinə çağırılan Soriano bu vaxta qədər “Skuadra Adzurra”nın heyətində 5 oyun keçirib. 

Xəbər lenti