10 Noyabr 19:53 Azərbaycan və Türkiyədən məğlubiyyətlə start -  YENİLƏNİB
FUTBOL xəbərləri 10 Noyabr 19:53
8333 baxış

Azərbaycan və Türkiyədən məğlubiyyətlə start - YENİLƏNİB

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı qrupun qarşılaşmaları Bakıda təşkil olunub.

 

Qrupun oyunları Türkiyə ilə Bosniya və Herseqovina milliləri arasında görüşlə başlayıb. Bayıl stadionunda baş tutan matç “ay-ulduzlular” üçün uğursuz alınıb. Onlar yarışa 1:2 hesablı məğlubiyyətlə start veriblər.

 

Eyni arenada keçirilən 2-ci oyunda Azərbaycan yığması Ukraynanı sınağa çəkib. Nazim Süleymanovun yetirmələri SSRİ futbolunun digər tanınmış siması Oleq Kuznetsovun baş məşqçisi olduğu yığma ilə görüşdə qalib gəlməyə çalışsalar da, alınmayıb. Rəqib komandamızın qapısından 4 cavabsız top keçirib.

 

AVRO-2016-nın seçmə mərhələsi

V qrup

10 noyabr

 

Türkiyə - Bosniya və Herseqovina - 1:2

Qollar: Berkay Özcan, 13 - Zinedin Mustedanagiç, 50, Amer Gojak, 79

Baş hakim: Nikolas Raynville (Fransa)

Bayıl stadionu

 

Ukrayna – Azərbaycan - 4:0

Qollar: Dmitri Şevçenko, 47; Aleksey Şecebetun, 62; Aleksandr Pixalonok, 89; Aleksey Qutsulyak, 90+4

 

Baş hakim: Tore Hansen (Norveç)

Bayıl stadionu

 

Xəbər lenti