10 Oktyabr 11:12 “Azərbaycan yığması birinci hissədə kompakt oyun göstərdi”
FUTBOL xəbərləri 10 Oktyabr 11:12
650 baxış

“Azərbaycan yığması birinci hissədə kompakt oyun göstərdi”

“Azərbaycan yığması intizamlı komandadı. Birinci hissədə bizə çətin anlar yaşatdı”. Apasport.az saytının məlumatına görə, bunu Avstriyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Verner Qreqoriç deyib.

 

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində millimizi qəbul edən avstriyalılar 7:0 hesablı qələbəyə seviniblər. Qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Qreqoriç komandasının çıxışını yüksək qiymətləndirib: “Birinci hissədə rəqib kompakt oyun göstərdi. Biz öz tempimizdə oynayıb şansımızı gözlədik. Hər şey plana uyğun getdi. Komandamla fəxr edirəm. Hətta 4:0 hesabı ilə öndə olanda da futbolçularımız hücum etmək barədə düşünürdülər”.

 

Qeyd edək ki, hesabı birinci hissənin son dəqiqəsində açan Avstriya yığması fasilədən sonra 6 qol vurub.

Xəbər lenti