6 Oktyabr 09:13 “Azərbaycan yığması hədəflərimizin önündə əngəl ola bilər” - Antonio Konte
FUTBOL xəbərləri 6 Oktyabr 09:13
6205 baxış

“Azərbaycan yığması hədəflərimizin önündə əngəl ola bilər” - Antonio Konte

“Azərbaycana gəzməyə getməyəcəyik. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da yığmamızın qonağı olacaq “Skuadra Adzurra” qələbə qazanacağı təqdirdə final mərhələsinə vəsiqəni təmin edəcək.

 

Konte İtaliya millisinin təlim-məşq bazasında keçirdiyi mətbuat konfransında millimizdən çəkindiyini etiraf edib: “Azərbaycan yığması yeni stadionunda ilk oyununa çıxacaq. Güman edirəm ki, ən azı 60 min azarkeş matçımızı izləyəcək. Azərbaycan millisi bizim hədəflərimizin önündə əngəl ola bilər. Çox diqqətli olmalıyıq. Yaxşı çalışıb, yalnız bu matçı düşünməliyik. Azərbaycan üçün də İtaliyaya qarşı oynamaq bir prestij olacaq. Biz də oyunun nə dərəcədə önəmli olduğunu dərk edirik. Asan olmayacağını bilirik. Oyunçularımı ciddi şəkildə hazırlayacam”.

 

Təcrübəli mütəxəssis millimizlə qarşılaşmada hücum xəttində güvənəcəyi oyunçunun adını da açıqlayıb: “Lorenzo İnsinye bu mövsümə çox yaxşı başlayıb. “Napoli”dəki çıxışı alqışalayiqdi. A seriyasının ötən turunda “Milan”la görüşdə 2 qol vuraraq əla formada olduğunu bir daha göstərdi. İnanıram ki, eyni performansı Azərbaycanla matçda da nümayiş etdirər. Ona inamımız böyükdü”.

 

Qeyd edək ki, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq italyanlar bundan 3 gün sonra Romada Norveç yığmasını qəbul edəcək.

Xəbər lenti