13 Noyabr 15:20 Azərbaycan yığması Maltaya gedəcək
FUTBOL xəbərləri 13 Noyabr 15:20
411 baxış

Azərbaycan yığması Maltaya gedəcək

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması noyabrın 23-dən 28-ə qədər Maltada təlim-məşq toplanışında olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız hazırlıq prosesi çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq.

 

Komandamız Maltanın əsas millisi ilə 2 dəfə üz-üzə gələcək. Qarşılaşmalar noyabrın 25-də və 27-də keçiriləcək.

 

İspaniyalı baş məşqçi Patrisiya Qonzales toplanışa 20 futbolçu dəvət edib: Günay İsmayılova, Kamilla Məmmədova, Roza Quliyeva, Cəlilli Nigar (hamısı “Fidan”),  Aytac Şərifova, Vüsalə Hacıyeva, Firangiz Teymurova (hamısı “Təhsil”), Aysun Əliyeva, Kristina Bakarandze, Süsən Mənsimova (hamısı “Neftçi”), Manə Mollayeva (“Qəbələ”), Dilgə Uyğun, Gizəm Tənəkeçi (hər ikisi “Frankfurt”, Almaniya), Alina Mixayelis, Mərvə Özdəmir, Zəhra İncəoğlu (hamısı “Ayntraxt”, Almaniya), Samara Ortiz, Malena Ortiz (hər ikisi “Kanillas”, İspaniya), Natalya Rodelqo (“Atletiko”, İspaniya), Çağla Miray Kanpara (“Herta”, Almaniya).

 

Xəbər lenti