12 Noyabr 11:20 “Azərbaycan yığması müdafiə futbolu oynayacaq” - FOTO
FUTBOL xəbərləri 12 Noyabr 11:20
582 baxış

“Azərbaycan yığması müdafiə futbolu oynayacaq” - FOTO

“Azərbaycan və Avstriya ilə qarşılaşmalara dəvət aldığım üçün baş məşqçimiz Horst Hrubeşə təşəkkür edirəm. Bu oyunlarda komandanın uğurunda pay sahibi olmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin futbolçusu Mitçel Vayzer deyib.

 

“Herta”nın yarımmüdafiəçisi AVRO-2017-nin seçmə mərhələsinin bu ay keçiriləcək qarşılaşmaları haqda fikirlərini açıqlayıb. Mitçel noyabrın 13-də Azərbaycan, 4 gün sonra Avstriya ilə oyunlardakı rəqibləri də dəyərləndirib: “Bu imkandan yararlanıb, özümü yaxşı tərəfdən göstərmək istəyirəm. İlk oyunumuz Azərbaycan millisinə qarşı olacaq. Şübhəsiz ki, onlar bizimlə matmda müdafiə futbolu oynayacaq. Rəqibimiz əsasən əks-hücumlara ümid edəcək. Biz isə müdafiədə ehtiyatlı olub. Hücumlarda imkanlarımızdan istifadə etməliyik. Avstriya ilə qarşılaşmada isə rəqibimiz çox iddialıdı. Onların qarşısını almaq niyyətindəyik”.

Xəbər lenti