10 İyun 09:32 “Azərbaycan yığması onu dayandırmağın yollarını axtarmalıdı” - FOTO
FUTBOL xəbərləri 10 İyun 09:32
538 baxış

“Azərbaycan yığması onu dayandırmağın yollarını axtarmalıdı” - FOTO

“Soderlund yığmamıza qarşı yaxşı oyun keçirdi. O, Azərbaycanla görüşdə də Norveçin ən təhlükəli futbolçusu olacaq”. Apasport.az saytı xəbər verir ki, bunu İsveç yığmasının sabiq hücumçusu Daniel Nannskoq deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızı qəbul edəcək Norveç millisi bu matçdan öncə İsveçlə yoxlama görüşü keçirmiş və qolsuz bərabərə qalmışdı. Futbolçu karyerasını Norveçin “Stabek” klubunda tamamlayan Nannskoq rəqibimizin hücumçuları barədə danışıb.

 

41 yaşlı sabiq futbolçu yığmamıza xəbərdarlıq da edib: “Aleksander Soderlund millimizlə görüşdə bir neçə dəfə qol vurmaq imkanı əldə etdi. Fiziki cəhətdən çox güclüdü. Bu üstünlüyü Azərbaycanla oyunda ona çox kömək edəcək. Norveç yığmasının digər hücumçusu Adama Diomandeni isə başqa cür təsəvvür edirdim. Onun ən üstün cəhəti son nöqtəni uğurla qoymasıdı. Ancaq Soderlund İsveçlə matçı daha fəal keçirdi. Məncə, Azərbaycan yığması onu dayandırmağın yollarını axtarmalıdı. Əks təqdirdə, onlara çətin olacaq”.

 

Qeyd edək ki, Norveç yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızla iyunun 12-də qarşılaşacaq.