26 Avqust 11:45 Azərbaycan yığması Tiflisə gedəcək
FUTBOL xəbərləri 26 Avqust 11:45
411 baxış

Azərbaycan yığması Tiflisə gedəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz Gürcüstanın paytaxtı Tiflisdə hazırlıq keçəcək.

 

Avqustun 31-də start götürən toplanış sentyabrın 10-a qədər davam edəcək. Hazırlığa 28 futbolçu dəvət olunub: Rəsul Babazadə (“Neftçi”), Sərtan Taşkın, İlkin Sadıqov, Camal Camalov (hamısı “İnter”), Elnur Orucov, Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Ayxan Əsədov, Emin Zamanov, Roman Hüseynov (hamısı “Qəbələ”), Heydər Babayev, Əli Əliyev (hər ikisi “Xəzər Lənkəran”), Əlibəy Məmmədli, Anar Həsənov, Elçin İsmayılov (hamısı “Rəvan”), Ramil Orucov, Xəyal Nəcəfov, Emil Həsənzadə (hamısı “Sumqayıt”), Mahir Mədətov, Eltun Turabov (hər ikisi “Qarabağ”), Emil Əliyev, Yusif Cəfərov (hər ikisi “Bakı”), Ağaseyid Qasımov, Fərid Kərimzadə (hər ikisi  MOİK), İsmayıl İbrahimli (AZAL), Qara Qarayev (“Malaqa”, İspaniya), Kazım Birkan (“Stabek”,  Norveç), Tolqa Şahin (“Kayzerslautern”, Almaniya).

 

Mənbə: affa.az

Xəbər lenti