9 İyun 15:57 “Azərbaycan yığmasına qarşı 2 hücumçu ilə oynamalıyıq” - FOTO
FUTBOL xəbərləri 9 İyun 15:57
585 baxış

“Azərbaycan yığmasına qarşı 2 hücumçu ilə oynamalıyıq” - FOTO

“Millinin düşərgəsində futbolçuların çox olması rəqabəti də artırır. Amma mən bu rəqabətdən qorxmuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç millisinin futbolçusu Adam Diomande deyib.

 

Fil Dişi Sahilindən olan milliləşən legioner iyunun 12-də Azərbaycan yığması ilə keçiriləcək AVRO-2016-nın seçmə oyunu haqda fikirlərini açıqlayıb. “Stabek”in hücumçusu Oslodakı qarşılaşmada ön xəttə üstünlük verməyin vacibliyini vurğulayıb: “Məşqlərdə hər şey edəcəyəm ki, Azərbaycanla qarşılaşmada da heyətdə olum. Belə olsa, buna təəccüblənməyə dəyməz. Çünki Azərbaycana qarşı 2 hücumçu ilə oynamalıyıq. Mən isə öz oyunumu nümayiş etdirməliyəm. “Stabek”də göstərdiyim oyunu millidə də ortaya qoymağa çalışacağam”.

 

Qeyd edək ki, 25 yaşlı afrikalı Norveç yığmasında 2013-cü ildə, U-23-də oynayarkən debüt edib.

Xəbər lenti